Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Balakən RMX-də direktor kreslosu kimə hazırlanır? -İLGİNC


Balakən Rayon Mərkəzi Xəstəxanasında direktor kreslosunun boşalması ilə bağlı Balakəndə daha bir məsələ ciddi müzakirə mövzusuna çevrilib.
Yenixeberorg.biz: Redaksiyamıza daxil olan məlumatlara görə, Balakəndə fəaliyyət göstərən “AyMed” Klinikasının rəhbəri Elşən Kərimov rayon mərkəzi xəstəxanasının direktoru təyin olunmaq üçün bütün əlaqələrini səfərbər edib. Daha maraqlısı budur ki, iddialara görə, Elşən Kərimov yaxın ətrafına artıq “sənədlərim Anar Bayramovun stolunun üstündədir, bu gün-sabah əmrimi alacağam” deyə məlumat verir.
 TƏBİB rəhbərliyinin cavablandırmalı olduğu kifayət qədər ciddi sual ortaya çıxır:Direktor təyinatı hələ aparılmayıbsa, namizəd öz əmrinə necə bu qədər əmindir?

Pediatr, UZM həkimi və direktor namizədi – burada nə baş verir?

               Məsələ bununla bitmir...


Redaksiyaya daxil olan məlumatlara əsasən, Elşən həkim ixtisasca pediatrdır. Eyni zamanda onun rəhbərlik etdiyi “AyMed” Klinikasında UZM həkimi kimi fəaliyyət göstərdiyi bildirilir. Burada isə çox ciddi peşəkar və hüquqi suallar meydana çıxır.Daxil olan iddialarda bildirilir ki, onun UZM/radiologiya fəaliyyəti üçün tələb olunan müvafiq sertifikatının olub-olmaması şübhə altındadır. Əgər bu iddia doğrudursa, sual sadədir: Radiologiya üzrə müvafiq sertifikatı olmayan şəxs hansı əsasla UZM müayinəsi aparır? Söhbət artıq yalnız bir özəl klinikanın fəaliyyətindən getmir. Söhbət dövlət xəstəxanasına rəhbər gətirilməsi nəzərdə tutulan şəxsin peşəkar uyğunluğundan gedir.

TƏBİB üçün narahatedici suallar...



Anar Bayramovun rəhbərlik etdiyi TƏBİB bu suallara aydınlıq gətirməlidir:Elşən həkim Balakən RMX-nin direktor vəzifəsinə namizəddirmi,onun təyinatı ilə bağlı sənədlər həqiqətən TƏBİB rəhbərliyinə təqdim olunubmu,təyinatla bağlı qərar verilibmi,namizədin pediatr ixtisası ilə direktor vəzifəsinə uyğunluğu necə qiymətləndirilib,onun UZM fəaliyyəti üçün tələb olunan müvafiq sertifikatı varmı?
“AyMed” Klinikasında UZM həkimi kimi fəaliyyət göstərməsinin hüquqi və peşəkar əsası nədir?
Direktor təyinatı zamanı namizədin əvvəlki iş fəaliyyəti və sertifikasiya məlumatları araşdırılıbmı?

Bütün bunların fonunda bir məqam xüsusilə diqqət çəkir:Dövlət xəstəxanasının direktor kreslosu şəxsi əlaqələr hesabına əldə ediləcək vəzifədir, yoxsa peşəkarlıq və şəffaf seçim əsasında verilən məsul post,əgər Elşən Kərimov həqiqətən “əmrim hazırdır” deyə ətrafına məlumat yayırsa, bu əminliyin mənbəyi də ictimaiyyət üçün maraqlıdır. Çünki vəzifəyə təyinat barədə rəsmi qərar açıqlanmamışdan əvvəl belə bir əminlik yaranırsa, bu əminliyin arxasında nə dayanır?-Əlaqələr,tövsiyələr,yoxsa həqiqətən sırf TƏBİB rəhbərliyinin verdiyi qərar?(mediatvaz.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam