Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azəriqaz"da karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? -MALƏSƏF...

"Azəriqaz"ın yeni rəhbəri KİMDİR...

"Qeyri-rəsmi məlumatlara inansaq, "Azəriqaz"da karyera qurmağın da öz bazar qiyməti var. Deyilənə görə, mühəndis dərəcəsinin qiyməti 1–2 min, böyük mühəndis vəzifəsinin 3 min, xidmət rəisi vəzifəsinin isə 5 min manat civarındadır. Çilingərin dərəcə artımı üçünsə guya 500–1000 manat kifayət edir..."

Yenixeberorg.az: Bunu özünün etiraz dolu müraciətində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin işçisi Daşqın Abbasov qeyd edib.
O daha sonra müraciətini belə davam etdriri: "Əlbəttə, bunlar qeyri-rəsmi məlumatlardır. Rəsmi təsdiqini tapmasa da, adam istər-istəməz düşünür: görəsən, burada vəzifə maaşla müəyyən olunur, yoxsa qiymət cədvəli ilə?
Belə çıxır ki, çilingərsən, ürəyindən mühəndis olmaq keçir? Buyur, pulunu hazırla! Böyük mühəndis olmaq istəyirsən? Qiyməti bir az fərqlidir. Xidmət rəisi olmaq istəyirsən? Onda artıq cibinin də xidmət rəisi səviyyəsində olması lazımdır!
Beləcə, illərlə oxumağa, təcrübə toplamağa, işinin peşəkarı olmağa ehtiyac qalmır. Əsas odur ki, cibin dolu olsun, karyera pilləkənləri də sənin üçün avtomatik işləsin. Bir sözlə, bilik ikinci planda, büdcə birinci planda!

Amma işin ironik tərəfi də elə buradan başlayır.

İllərlə əziyyət çəkən, savadı, biliyi, təcrübəsi ilə seçilən, Vətənin müdafiəsində sağlamlığını riskə atan, müharibə veteranı olan, Prezident tərəfindən medallarla təltif edilən əməkdaş gələndə isə ona nə deyirlər?

— Vakansiyanı izlə!

Nə gözəl məsləhətdir! Adam illərlə Vətəni qoruyur, əmək fəaliyyətində təcrübə qazanır, işinin məsuliyyətini daşıyır, medallar alır. Sonda isə karyerasını inkişaf etdirmək üçün ən böyük strategiyası vakansiya səhifəsini yeniləmək olur. Bəlkə, bir gün sistemin yadına düşdü ki, bu adam da illərdir işləyir...

İndi isə keçək əsas məsələyə.

Ağsu Regional Qaz İstismar İdarəsinin Kommersiya şöbəsində 12-ci dərəcəli böyük mühəndis vəzifəsi niyə vakansiyaya çıxmır?
Bu vəzifəyə ehtiyac yoxdur? Ştat vahidi doludur? Yoxsa vakansiyanın elan olunması üçün hansısa xüsusi şərtlər mövcuddur? Əgər hər şey qanun və qayda çərçivəsindədirsə, onda bunu açıq şəkildə izah etmək niyə çətin olsun?
Yox, əgər vəzifələrə yüksəlişdə şəffaflıq deyil, başqa meyarlar rol oynayırsa, onda əməkdaşların sual verməsi də tam təbiidir.
Mən də maraqlanıram: görəsən, həmin 12-ci dərəcəli böyük mühəndis vəzifəsi niyə vakansiyaya çıxmır? Bu ştatın taleyi nədir? Kiminsə adına saxlanılıb, yoxsa sadəcə elan olunmasına ehtiyac görülmür?
Əlbəttə, əlimdə bu vəzifənin kiməsə satıldığına dair təsdiqlənmiş fakt yoxdur. Amma ortada suallar varsa, onlara cavab verilməsi də vacibdir. Şayiələri susdurmağın ən yaxşı yolu susmaq yox, şəffaflıqdır.
Çünki əməkdaşlar arasında belə bir təsəvvür yaranırsa ki, vəzifəyə yüksəlmək üçün illərin zəhmətindən daha çox pulun çəkisi var, bu, təkcə bir nəfərin deyil, bütöv kollektivin motivasiyasına zərbədir.
Ən böyük istehza isə budur: Vətən uğrunda xidmətinə görə medal alan insan peşəkar yüksəliş üçün vakansiya gözləyir, bəzi söz-söhbətlərə görə isə vəzifə yüksəlişinin öz qiyməti var.
Görəsən, karyera pilləkənlərini zəhmətlə qalxanlar səhv yolla gedirlər, yoxsa bizim bilmədiyimiz başqa bir lift mövcuddur?
Bəlkə, Azəriqaz rəhbərliyi bu məsələyə aydınlıq gətirər və Ağsu Regional Qaz İstismar İdarəsinin Kommersiya şöbəsindəki 12-ci dərəcəli böyük mühəndis vəzifəsinin vəziyyətini izah edər?
Çünki vəzifələr qapalı qaldıqca suallar açıq qalır, cavablar gecikdikcə isə şayiələr özünə yer tapır.

P.S. Əgər vəzifələrin qiyməti həqiqətən zəhmət, bilik və məsuliyyətdirsə, onda bu qiymət hamı üçün eyni olmalıdır. Yox, əgər başqa bir qiymət cədvəli varsa, heç olmasa onu da əməkdaşların qarşısına qoysunlar ki, hamı karyera planını biliklərinə görə yox, büdcəsinə görə qursun!"(Dia-az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam