Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

172 nömrəli məktəbdə narazılıq -DİREKTOR TAPILMIR

Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 172 nömrəli tam orta məktəbdə direktorun qəbul saatları ilə bağlı narazılıq yaranıb.

Yenixeberorg.com: Redaksiyamıza daxil olan məlumata görə, məktəbin direktoru Vəfa Bağırovanın cümə axşamı və cümə günləri saat 14:30-dan etibarən vətəndaş qəbulu keçirməsi nəzərdə tutulsa da, 30.04.2026 tarixində direktor iş yerində olmayıb.

Şikayətçi vətəndaşların bildirdiyinə görə, onlar məktəbə direktorun qəbuluna düşmək üçün müraciət etsələr də, “direktor iclasdadır” cavabını alıblar. Bu halın ilk dəfə baş vermədiyi də qeyd olunur.

Vətəndaşların sözlərinə görə, məktəbin mühafizə xidməti tərəfindən “iclas icra hakimiyyətindədir, direktorun nə vaxt qayıdacağı məlum deyil, gözləməyiniz məsləhət deyil” cavabı verilib.

Məsələnin diqqət çəkən tərəfi isə direktorun hansı səbəbdən iclasa çağırılması ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin direktoru niyə icra hakimiyyətinə çağırdığı ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.(kommersant.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam