Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DÇ-2022:Fransa millisi 84 illik rekordu təkrarlayıb

 

Fransa millisi 84 ildən sonra ardıcıl iki dəfə dünya çempionatının finalına vəsiqə qazanan ikinci Avropa komandası olub.

Yenixeber.org: Didye Deşamın kollektivi Qətərdə baş tutan DÇ-2022-nin yarımfinal mərhələsində Mərakeş seçməsini 2:0 hesabı ilə məğlub edərək buna nail olub.

İlk dəfə İtaliya yığması 1934 və 1938-ci illərin mundiallarında həlledici görüşə yüksəlməklə bu uğura imza atıb. “Xoruzlar” isə DÇ-2018-dən sonra Qətərdəki yarışda da final həyəcanı yaşamaq hüququna yiyələniblər.

Fransızlar, eyni zamanda, dünya çempionatlarının pley-off mərhələlərində qələbə seriyasını 7 matça yüksəldiblər. Komanda dörd il əvvəl Rusiyada keçirilən mundialdan etibarən qrup mərhələsindən sonrakı qarşılaşmalarında rəqiblərini məğlubiyyətə uğradıb. Bu baxımdan rekord Braziliya millisinə məxsusdur. Cənubi Amerika təmsilçisi 1958-1970-ci illər aralığında baş tutan dünya çempionatlarının pley-offlarında ardıcıl 9 qələbəyə sevinib.

Qeyd edək ki, Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam