Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BAKIDAKI MƏŞHUR BAZAR VASİF TALIBOVDAN ALINDI -"Talıbovların adamları obyektdən tam uzaqlaşdırılıb"

Yenixeber.org: Vasif Talıbovun itirdiyi böyük obyektlərdən biri də Bakıda “Dərnəgül yolu”nda yerləşən taxta bazarı olub. Uzun illər idi ki, Talıbovlar ailəsi bu bazarda böyük pullar qazanırlar və bu vəsaitlər rəsmiləşdirilmirdi.

Sahibkarların bildirdiyinə görə, artıq bazarda Talıbovların adamları gözə dəymir. Onlar obyektdən tamamilə uzaqlaşdırılıb. İndi taxta bazarına Bakı Şəhər İcra Hakimiyyətinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” nəzarət edir. İcarə haqları bu birlik tərəfindən rəsmi olaraq qəbul edilir və həmçinin hər bir sahibkar Dövlət Vergi Xidmətinin kassa aparatları ilə təmin olunub.

Onu da qeyd edək ki, sözügedən bazar bir neçə dəfə güclü yanğınlarla gündəmə gəlib. Burada əsas problemlərdən biri ondan ibarət idi ki, Talıbovlar bazarda Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliyə qarşı önləyici tədbirlər görməsinə imkan yaratmırdılar. Bu hadisələri də o zaman klanların savaşı kimi şərh edənlər vardı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam