Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tələbələrimiz “Enactus Proqramı”nda -FOTOLAR

 
Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci və 3-cü kurs tələbələri üçün “Enactus Proqramı”nın informasiya sessiyası baş tutub. Tədbir zamanı “Enactus Proqramı”nın direktoru Rəşad Zeynalov tərəfindən tələbələrə proqram barədə məlumat verilib, eyni zamanda onlara proqrama qoşulmaq qaydaları izah edilib.
Yenixeber.org: “Enactus Proqramı”nı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təmsil edir və proqram sahibkarlıq fəaliyyətinin gücü ilə davamlı mühit yaratmaq üçün bu günün və sabahın liderlərini bir araya toplayır.
Bu məqsədlə “Enactus” yenilikçi gənclərə nəzəri biliklərini təcrübədə tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və onlar arasında azad sahibkarlığı təbliğ edir.
Proqram çərçivəsində həm qlobal, həm də yerli səviyyədə həyata keçirilən tədbirlər BP, KPMG və PWC kimi nüfuzlu şirkətlərlə sıx əməkdaşlıq çərçivəsində icra olunur. Hər il ölkəmizin ali və orta təhsil müəssisələrini təmsil edən “Enactus” komandaları Dayanıqlı İnkişaf Məqsədləri çərşivəsində layihələr hazırlayaraq milli çempionat və Dünya Kubokunda mübarizə aparırlar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam