Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İrandan İrəvana daha bir dəstək -Minatəmizləyənlərə təlim keçəcəklər

İrandan İrəvana daha bir dəstək -    Minatəmizləyənlərə təlim keçəcəklər  
İran Ermənistana minatəmizləmə işlərində dəstək olacaq.
Yenixeber.org: Bununla bağlı iki ölkə arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Ermənistanın "Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi" və Tehranın Minatəmizləmə mərkəzinin nümayəndələri imzalayıblar. Ermənistanın "Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi"nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, İranın aidiyyəti qurumunun direktor Məhəmməd Hüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi heyət mərkəzi ziyarət edib.
İranlı nümayəndələr qurumun fəaliyyəti və imkanları ilə tanış olublar, həmçinin sahələrdə praktiki təlimləri izləyiblər.
"Direktoru Vahinak Sarkisyan İrəvanla Tehran arasında minalardan müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Öz növbəsində, Əhmədi Ermənistandakı görüşün tərəfdaşlığın gələcək inkişafı üçün əsas olacağına ümid etdiyini bildirib. O, həmçinin qeyd edib ki, İran tərəfi genişmiqyaslı və uzunmüddətli əməkdaşlığa hazırdır. Həmsöhbətlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, İranın beynəlxalq təlim mərkəzində erməni mütəxəssislərin hazırlanması imkanlarını nəzərdən keçiriblər", - məlumatda yazılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam