Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyə, Rusiya, İran və Suriya XİN başçılarının görüşünə hazırlıq görülür

 

Türkiyə, Rusiya, İran və Suriya XİN başçılarının görüşünə hazırlıq görülür.

Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, bir neçə ay əvvəl Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin rəhbərləri arasında görüş olub: "İran da bu formata qatılmaq istəyir. Biz buna mənfi yanaşmırıq, çünki məqsəd məlumdur. Odur ki, kim töhfə vermək istəyirsə, bu formata qoşula bilər. Rusiyaya da bunu bildirmişik”.

M.Çavuşoğlu bildirilib ki, İranın da iştirakı ilə xarici işlər nazirlərinin dördtərəfli görüşünə hazırlıq görülür: “Gələn həftə Moskvada texniki məsələlər müzakirə olunacaq. Sonra isə hər kəsə uyğun bir vaxtda nazirlərin görüşü keçiriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam