Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Almaniyada etiraz aksiyaları keçirilir -hökumətin istefası tələb edilir

 

Almaniyanın bir çox şəhərlərində hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

Yenixeber.org: Etirazçılar şəhər bələdiyyələrinin qarşısına toplaşaraq “Yerimiz yoxdur”, “Qaçqın istəmirik”, “Daha çox qaçqın? Yox, çox sağ olun!” və s. şüarlar səsləndirirlər, hökumətdən dərhal qaçqın axınının dayandırmasını tələb edirlər.

Bir neçə bölgədə etirazçılar şəhər rəhbərliyi ilə görüşərək, problemləri onlarla müzakirə ediblər. Aksiyanın təşkilatçıları bildiriblər ki, bəzi qəsəbələrdə qaçqınların sayı az qala yerli əhalinin sayına çatır. Bu da problemlər yaradır. Onlar diqqətə çatdırıblar ki, hazırda belə yerlərdə uşaq bağçalarında yer yoxdur, məktəblərdə bir sinifdə az qala 30-35 uşaq təhsil alır. Eyni zamanda kriminogen durum da mənfiyə doğru dəyişir. Oğurluq və quldurluq cinayətlərinin artması müşahidə edilir. İnsanlar qorxu və narahat bir şəkildə yaşayırlar.

Almaniya Daxili İşlər Nazirliyindən bildirilib ki, bəzi şəhərlərdə etirazçılar bələdiyyə binalarına girməyə cəhd ediblər. Onların qarşısı alınıb. Radikal milliyətçi və nasist qrupların üzvü olduğu güman olunan iki nəfər isə saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam