Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Müdafiə və milli təhlükəsizliyə 4.9 milyard AYRILIB

2022-ci ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4896,3 milyon manat məbləğində vəsait ayrılıb. 

Yenixeber.org:  Bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.  

Bu, 2021-ci illə müqayisədə 354,7 milyon manat və ya 7,8 faiz çoxdur. Bu xərclər ÜDM-in 3,7 faizini, dövlət büdcəsi xərclərinin isə 15,3 faizini təşkil edib.  

Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 709,8 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 2889,4 milyon manat və ya 2021-ci illə müqayisədə 554,5 milyon manat (23,7 faiz) çox vəsait yönəldilib. 2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13,0 milyon manat təşkil etmişdir ki, bu da 2021-ci illə müqayisədə 4,6 milyon manat və ya 55,7 faiz çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam