Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukraynaya on milyarddan çox yardım ayrılacaq

Avropa Komissiyasının (AK) hazırladığı plana uyğun olaraq Avropa İttifaqı növbəti dörd il ərzində Ukraynaya “on milyardlarla avro” maliyyə yardımı göstərmək niyyətindədir.
Yenixeber.org:  Bu barədə "Financial Times" (FT) icma rəsmilərinə istinadən məlumat yayıb.
2027-ci ilə qədər hesablanan bu proqram təsdiq olunarsa, o zaman bu il Brüsseldən Ukraynaya ayrılacaq makroiqtisadi yardımın ümumi həcmi 18 milyard avroya qədər artacaq. Maliyyələşmənin əldə edilməsi üçün şərt Aİ-nin tələb etdiyi islahatların həyata keçirilməsi olacaq. Lakin bəzi üzv ölkələrin bu cür planların həyata keçirilməsinə narazılığı olacaq. “Bu, üzv dövlətlərlə böyük döyüş olacaq, lakin Kiyevə kömək etmək üçün böyük istək var", mənbə nəşrə bildirib.
Konkret təkliflər iyunun 21-22-də Londonda Ukraynanın bərpası ilə bağlı keçiriləcək konfrans başlamazdan əvvəl açıqlana bilər. Lakin AK bu barədə şərh verməkdən imtina edib.
Qəzet qeyd edir ki, Brüssel planı hazırlayarkən ABŞ və Böyük Britaniyanı oxşar uzunmüddətli öhdəliklər götürməyə təşviq etməyə çalışır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam