Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İlham Əliyev Albaniya Prezidentini qarşıladı-FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub. 

Yenixeber.org:Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı. 

Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi. 

Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı. 

Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. 

Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. 

Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçdi. 

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam