Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq - Kimlər ittiham olunur?

“BTB Bank” ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayevin məhkəməsi başlayır.

Yenixeber.org: Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq məhkəməyə hazırlıq iclasının vaxtı bəlli olub. İşə dekabrın 14-də hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.

Oğurluq hadisəsi bu ilin martında baş verib. Aleksey Babayev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.4-cü (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu işdə Qrinkeviç Sergey Oleqoviç adlı şəxs də şübhəli şəxs qismində saxlanılıb. Lakin onun adı təqsirləndirilən şəxslərin siyahısında yoxdur.

Aleksey Babayevdən başqa bu işdə Siarhei Hrinkeviç adlı şəxs də təqsirləndirilir.

“BTB Bank” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66 450 000 AZN-dir.

Bankın səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya məxsusdur. Nigar Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin gəlinidir. O, akademikin fövqəladə hallar nazirinin müavini olan oğlu Timur Mehdiyevin xanımıdır.

Ramiz Mehdiyev “BTB Bank”la bağlı açıqlamalarında bankın oğluna məxsus olduğunu təsdiqləyib.(Qaynarinfo)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam