Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Neftçalada oğurluq edən şəxs saxlanılıb- FOTO

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən və hal-hazırda fəaliyyət göstərməyən ticarət mərkəzinin binasından oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Elmar Əsgərov saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, E.Əsgərov yanvar ayı ərzində qeyd olunan obyektə bir neçə dəfə qanunsuz daxil olaraq oradan 2 ədəd seyf, 1 ədəd transformator, 5 ədəd dəmir barmaqlıqlar və digər əşyaları oğurlamaqla zərərçəkmişə ümumilikdə 7000 manata yaxın maddi ziyan vurub.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam