Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Toya gələn qonaqlardan ikisi -ÖLDÜ

 

Göyçay rayonunda toya gələn qonaqlardan ikisi ölüb

Yenixeber.org xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə ildir ürək xəstəliyindən müalicə alırmış.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov mərasimdən çıxaraq evinə gedib, özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin ehtimala görə şəxs ürəktutmasından dünyasını dəyişib. ("Report")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam