Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rayonlara qar yağıb -FAKTİKİ HAVA

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Arabir şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Lerik, Altıağac, Xınalıq və Oğuzda (Başdaşağıl) qar yağıb.

Düşən yağıntının miqdarı Astarada 22, Qaxda 20, Qəbələ və Şəkidə 16, Zərdabda 9, Gəncədə 8, Balakəndə 7, Yardımlıda 6, Lənkəran, Göyçay, Sabirabad, Mingəçevir, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Cəfərxan, Gədəbəy, Daşkəsən, Şamaxı, Qobustan, İsmayıllı, Qusar, Xaltan, Tovuz, Kürdəmir, Göygöl, İmişli, Cəlilabad, Ağsu, Şəmkir, Beyləqan, Şuşa, Xocalı, Xankəndi, Füzuli və Ceyrançöldə 3 mm-dək təşkil edib.

Bəzi ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27 m/s, Naftalanda 23 m/s, Culfada 22 m/s, Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Ağdam, Gəncə,Tərtər və Beyləqanda 18 m/s, Bərdə və Şahdağda 16 m/s, Balakəndə 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 11, Aran rayonlarında 9, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam