Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Marko Rubio İsraildə rəsmi səfərdə olub

Marko Rubio, ABŞ dövlət katibi

ABŞ dövlət katibi Marko Rubio İsrailə rəsmi səfər edib.

Yenixeber.org: Məlumata görə, bu, Marko Rubionun dövlət katibi kimi İsrailə ikinci səfəridir.

Səfər İsrail Ordusunun ötən həftə ABŞ-ın müttəfiqi olan Qətərin paytaxtı Dohada HAMAS liderlərinə zərbə endirməsindən bir həftə sonra baş tutur.

Ben Qurion hava limanında Marko Rubio və həyat yoldaşı Janett Dusdebes Rubionu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi və digər rəsmi şəxslər qarşılayıblar.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin məlumatına görə, bu gün Netanyahu və Rubio birlikdə Qüdsdəki Ağlama Divarını ziyarət edəcəklər.

Səfər öncəsi Vaşinqtonda jurnalistlərə açıqlama verən Marko Rubio bildirib ki, ABŞ İsrailin Dohadakı HaMAS liderlərinə hücumundan “narazıdır”, lakin bu, iki ölkə arasında müttəfiqlik münasibətlərinə təsir etməyəcək: “Bu, münasibətlərimizin xarakterini dəyişməyəcək, amma biz bu məsələni, ilk növbədə, atəşkəs səylərinə hansı təsiri göstərəcəyini müzakirə etməliyik”. O həmçinin İsrail rəsmilərindən Qəzzada qarşıdakı mərhələyə dair cavablar gözlədiyini vurğulayıb.

Marko Rubio ABŞ Prezident Donald Trampın HAMAS-ın darmadağın edilməsini, müharibənin başa çatmasını və 48 girovun, o cümlədən həlak olanların, geri qaytarılmasını istədiyini bildirib. Onun sözlərinə görə, son hücumun bu məqsədlərə qısa müddətdə nail olunmasına necə təsir edəcəyi İsraillə müzakirə olunacaq.(“The Times of Israel”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam