Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zakir Fərəcov növbəti səyyar qəbul keçirib -FOTOLAR

Sumqayıt şəhərində vətəndaş müraciətlərinin operativ həlli, sakinləri narahat edən məsələlərin yerində araşdırılması və onların təkliflərinin dinlənilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul keçirib.
Yenixeberorg.com: 13-cü mikrorayon ərazisində təşkil olunan qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və sakinlər iştirak ediblər.

Şəhər rəhbəri tərəfindən sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək icrası nəzarətə götürülüb. Vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib, qaldırılan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qəbulda çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərini, infrastruktur layihələrini və vətəndaş müraciətlərinə göstərilən həssas münasibəti yüksək qiymətləndirərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Sumqayıt şəhərində vətəndaşlarla müntəzəm görüşlərin və səyyar qəbulların keçirilməsi əhalini narahat edən məsələlərin operativ şəkildə öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam