Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir

Bakıda Şimali Kiprin Mədəniyyət Günü təşkil olunub.

Yenixeberorg.com xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan Mədəniyyət Gününün açılışında Şimali Kiprin Baş naziri Ünal Üstel və rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqaner, Milli Məclisin üzvləri və digər rəsmilər iştirak edib.

Açılış nitqi ilə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud "İçərişəhər"in müxtəlif xalqların mədəniyyətinin və incəsənətinin təqtimatına həmişə uğurla evsahibliyi etdiyini deyib.

O, mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran körpü olduğunu vurğulayıb.

Şimali Kipr Baş nazirinin müavini Fikri Ataoğlu Azərbaycan-Türkiyə-Şimali Kipr qardaşlığına diqqət çəkərək təşkil olunan Mədəniyyət Gününü bu birliyin təzahürü adlandırıb.

Ü.Üstel isə çıxışında qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycana təşəkkür edib. O, xalqlar arasındakı mövcud dostluq və qarşılıqlı dəstəyin gələcək illərdə də əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Çıxışların ardınca Şimali Kiprin milli-mədəni irsi, incəsənəti, musiqisi, rəqsləri, mətbəxi və turizm potensialını nümayiş etdirən stendlər təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam