Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək-FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi 2026-2027-ci illərdə Azərbaycan hərbçiləri üçün təlim keçəcək.

Yenixeberorg.com xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında açıqladığı qonaq hərbi şəxsi heyətinin kvota planında qeyd olunub.

Məlumata görə, plan çərçivəsində 16 ölkədən – Azərbaycan, Burundi, Banqladeş, Qvineya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Liviya, Macarıstan, Mali, Monqolustan, Özbəkistan, Seneqal, Somali və Türkmənistandan ümumilikdə 448 hərbi qulluqçu üçün təlim kvotası ayrılıb.

Nazirlikdən əlavə olunub ki, il ərzində dost və müttəfiq ölkələrdən daxil olan əlavə müraciətlərə uyğun olaraq bu sayın artacağı gözlənilir. "Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bir çox dost və müttəfiq ölkə ilə imzalanmış ikitərəfli sazişlər çərçivəsində təlim və məsləhət fəaliyyəti həyata keçirilir", - məlumatda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam