Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.

Yenixeberorg.com xəbər verir ki, nazirliyin yaydığı məlumatda qeyd olunub ki, aparılan geniş maarifləndirmə işlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar təhlükəsizlik qaydalarına laqeyd yanaşır ki, bu da ağır nəticələrə səbəb olur.

Bildirilib ki, ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə küləkli hava şəraitində baş verən sudabatma hadisəsi təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha nümayiş etdirib.

FHN vətəndaşları küləkli hava şəraitində dənizə girməməyə, qeyri-çimərlik ərazilərində çimməməyə, həmçinin xilasedicilərin çağırış və tələblərinə ciddi riayət etməyə çağırıb.

“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!” – deyə müraciətdə vurğulanıb.

Nazirlik həmçinin xatırladıb ki, hər hansı təhlükə ilə qarşılaşdıqda dərhal FHN-in 112 qaynar xəttinə müraciət etmək lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam