Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yenixeberorg.com: Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra abonentlərin qazla təminatı bərpa ediləcək.









AZ
RU