Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakı Zooparkı ləğv edilir

Bakıda Heyvanat Parkının fəaliyyətində ciddi struktur dəyişikliyi ediləcək.

Yenixeberorg.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Heyvanat Parkı ləğv edilərək yeni yaradılan "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) birləşdiriləcək.

Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində yenidən təşkili həyata keçirmək tapşırılıb. Sənədə əsasən, Heyvanat Parkı ayrıca hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq və onun funksiyaları yeni yaradılan qurumun tərkibində davam etdiriləcək.

Qeyd edək ki, söhbət zooparkın fiziki olaraq bağlanmasından və ya fəaliyyətinin dayandırılmasından getmir. Fərmanda nəzərdə tutulan dəyişiklik idarəetmə modelinin yenilənməsi və qurumun yeni hüquqi struktur çərçivəsində fəaliyyət göstərməsi ilə bağlıdır. Heyvanat Parkı "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC-yə birləşdirilmə yolu ilə yenidən təşkil ediləcək.

"Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC-nin yaradılması isə Prezidentin 20 fevral 2026-cı il tarixli "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" fərmanında nəzərdə tutulub. Yeni strukturun həm sahibsiz heyvanlarla bağlı fəaliyyətin, həm də mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam