Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dağıstanda da yanacaq satışına məhdudiyyət qoyuldu -SƏBƏB

dagistanda-da-yanacaq-satisina-mehdudiyyet-qoyuldu

Dağıstanda artan tələb səbəbindən yanacaq satışı məhdudlaşdırılıb. 

Yenixeberorg.com: Bu barədə Dağıstan Respublikasının Energetika Nazirliyi məlumat yayıb.

Tətbiq olunan məhdudiyyətə əsasən, bir nəfərə maksimum 20 litr benzin və 50 litr dizel yanacağının satılmasına icazə verilir.

Nazirlik məhdudiyyətlərin yalnız mövcud ehtiyatların bərabər paylanması üçün tətbiq edildiyini bəyan edib. Bildirilir ki, görülən tədbir süni qıtlığın qarşısını almağa və yanacağın bütün vətəndaş kateqoriyaları, o cümlədən təcili və təxirəsalınmaz xidmətlər, sosial nəqliyyat və kənd təsərrüfatı istehsalçıları üçün əlçatanlığını təmin etməyə imkan verəcək.

Nazirlik əhali arasında ajiotajın yaranmaması üçün kanistr və digər qablarla yanacaq almamağı tövsiyə edib:

“Yalnız faktiki ehtiyac yarandıqca - cari səfərlər üçün kifayət edən həcmdə yanacaq doldurmaq tövsiyə olunur”.

Qeyd edək ki, Rusiyanın regionlarına Ukrayna tərəfindən dron hücumlarının artması fonunda mayın sonundan etibarən ölkə ərazisində benzin satışına məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Hazırda Rusiyanın 20-dən çox regionunda bu cür məhdudiyyətlər qüvvədədir.(“Kommersant”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam