Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.

Yenixeberoeg.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazirlər beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayaraq, çoxtərəfli platformalarda əlaqələndirilmiş fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər və qarşıdakı təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində Qazaxıstanın yüksək səviyyədə təmsil olunmasını məmnunluqla qeyd edərək, bunun ortaq tarix, mədəniyyət və mənəvi irsin təşviqi, eləcə də Türk dünyasında həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam