Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

TDT çərçivəsində dövlət-din münasibətlərinin təkmilləşdirilməsi müzakirə olunub-FOTO

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına uyğun institusional əlaqə mexanizmlərinin formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Şuşada keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü çərçivəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev, Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov və Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli ilə görüşündə qeyd olunub.

Görüşlərdə həmçinin TDT çərçivəsində birgə fəaliyyətin inkişaf perspektivləri, ortaq mənəvi dəyərlərin qorunması, dini sahədə koordinasiyanın gücləndirilməsi, dini radikalizm və ekstremizmlə mübarizə, eləcə də müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub.

Danışıqlar zamanı qardaş və tərəfdaş ölkələrin aidiyyəti dövlət qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq modelinin, müntəzəm təmasların və birgə layihələrin Türk dünyasında mənəvi birliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb. Həmçinin Şuşada keçirilən Birinci Görüşün davamlı dialoqun inkişafı və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu format üzv dövlətlər arasında qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.

Nümayəndə heyətlərinin rəhbərləri tədbirin yüksək səviyyədə təşkilinə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qonaqlar toplantının TDT çərçivəsində institusional əlaqələrin yeni mərhələyə yüksəlməsi üçün mühüm platforma olduğunu, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin çoxtərəfli əməkdaşlığı yeni məzmunla zənginləşdirdiyini və imzalanmış Kommünikenin bu prosesə güclü təkan verəcəyini vurğulayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam