Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukrayna Penzaya zərbə endirib -Zavodlardan birinin ərazisində yanğın baş verib

Ukrayna Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə bir sıra partlayışlardan sonra zavodlardan birinin ərazisində yanğın baş verib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanallarına istinadən "RBK-Ukrayna" məlumat yayıb.

Onların məlumatına görə, Penzada raket təhlükəsi elan edilib, bundan sonra şəhərdə hava həyəcanı səsləndirilib.

Daha sonra yerli sakinlər bir neçə partlayış barədə məlumat veriblər. Öz növbəsində, yerli hakimiyyət orqanları hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiyini bildirib.

Rusiya teleqram kanallarının məlumatına görə, hücumdan sonra zavodlardan birinin ərazisində güclü tüstülənmə müşahidə edilib ki, bu da müəssisənin ərazisində yanğının baş verməsindən xəbər verir.

Dağıntılar və xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam