Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Yasamalda evdə partlayış olub -16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb

Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib, ölən var.

Yenixebrorg.com: Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Bundan başqa, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər 2010-cu il təvəllüdlü vətəndaşın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam