Zaqatalada iki avtomobil toqquşub -Sürücülərdən biri ölüb, digəri xəsarət alıb

Zaqatalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.
Yenixeberorg.com-un məlumatına görə, hadisə gecə radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "Tofaş" və BMW markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov və BMW-nin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Lakin xəsarətləri ağır olan O.Orucov xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.










AZ
RU