Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb-FOTO

Cəlilabad rayonunun Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb.
Yenixeberorg.com-un məlumatına görə, tikinti işləri Göytəpə şəhərinin Qurtuluş küçəsində aparılır.
400 kvadrat metr ərazini əhatə edəcək kompleksdə Göytəpədən olan 44 şəhidin xatirəsi əbədiləşdiriləcək.
Kompleksin 8 noyabr Zəfər günü açılışı olacağı gözlənilir.









AZ
RU