Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Bu gün paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenixeberorg.com: Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Məhəmməd Naxçıvani, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Zivər bəy Əhmədbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Pəhlivan Fərzəliyev, 4, 6 və 8-ci köndələn küçələrinin bəzi yerlərini əhatə edəcək.

Paytaxtla yanaşı, 8-10 iyul tarixlərində Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/6 kV-luq "Karxana-601" yarımstansiyasında 16 mVA gücündə transformator yeni 40 mVA gücündə transformatorla əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, 20 Yanvar, Mirzə Ələkbər Sabir və Təbriz küçələrinin bəzi ərazilərində enerjinin verilişində qısa müddətli fasilə olacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam