Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Azərbaycanın Fransanın dənizaşırı ərazilərdə baş verənlərə münasibətinin rəsmi Parislə ikitərəfli münasibətlərə heç bir aidiyyatı yoxdur.

Yenixeberorg.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

"Bunun bizim Fransa ilə ikitərəfli münasibətlərimizə heç bir aidiyyatı yoxdur. Ümid edirəm ki, mənim mesajım düzgün qəbul ediləcək və Parisdə də bu eşidiləcək. Çünki bu gün biz Fransa ilə münasibətlərimizin normallaşmasına çalışırıq. Onlar bizi tənqid edir, biz onları tənqid edirik. Bu hücum deyil, bu işçi münasibətlərdir. İki suveren ölkə arasında. Hər iki ölkə bərabərdir. Biri digərindən heç bir məsələdə üstün deyil. Ancaq tənqid etmək və narahatlıq ifadə etmək normal məsələdir"- Prezident əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam