Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir"

image-1

ABŞ Prezidenti Donald Trumpın oğlu Eric Trump ilə Azərbaycan nümayəndə heyəti arasında Vaşinqtonda keçirilən görüş İsrailin aparıcı media qurumlarında geniş işıqlandırılıb.

Yenixeberorg.com: Xatırladaq ki, ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Konqresdə baş tutan görüşdə Bakı ravvini Zamir Isayev və Azərbaycanın protestant icmasının rəhbəri Rasim Xəlilov da iştirak ediblər.

İsrailin “Walla” nəşrinin yazdığına görə, tərəflər strateji tərəfdaşlıq, Cənubi Qafqazdakı vəziyyət və Ağ Evin təşviq etdiyi regional təşəbbüsləri müzakirə ediblər. Görüşün əsas məqamlarından biri Erik Trampın “Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir” bəyanatı olub.

Trampın oğlu: Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir

“Maariv” nəşri isə Erik Trampın Bakı ilə İrəvan arasında sülh sazişi və TRIPP nəqliyyat dəhlizi layihəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Nəşrin sitat gətirdiyi açıqlamada o, “Ümid edirəm ki, bu layihə regiona hamının gözlədiyi sülhü gətirəcək” deyib.

“Kikar” portalı görüş zamanı Zamir İsayevin Azərbaycandakı dini tolerantlıqla bağlı fikirlərini ön plana çıxarıb. Ravvin bildirib ki, Azərbaycandakı yəhudi icması təhlükəsizlik şəraitində yaşayır, dini etiqad azadlığından istifadə edir və dövlətlə cəmiyyətin dəstəyi sayəsində antisemitizmlə üzləşmir.

İsrailin “Kol BaRama” radiostansiyasının məlumatına görə, görüşün sonunda Azərbaycan nümayəndə heyəti Erik Trampa dəstəyinə görə təşəkkür edib və tərəflər əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid ifadə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam