
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.
Yenixeberorg.com: Netanyahu bunu hökumətin iclasında deyib.
“Bir daha vurğulamaq istəyirəm: razılaşma olsa da, olmasa da, mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq”, - Netanyahu bildirib.
İsrailin Baş naziri bu mövqeyin İranla bağlı diplomatik danışıqların nəticəsindən asılı olmadığını vurğulayıb.(AFP)









AZ
RU