Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Növbəti köç karvanı Qarabağda...

Növbəti köç karvanı Qarabağda...

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Yenixeberorg.com: Xocavənd rayonunun Quzeyxırman, Güneyxırman kəndlərinə və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb.

İlk mərhələdə Kiçik Qaladərəsi kəndinə 11 ailə - 39 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Növbəti köç karvanları Xocavənd rayonunun Quzeyxırman, Güneyxırman və Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam