Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ hərbi təyyarəsi Moskvada

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib.

Yenixeberorg.com: Bu barədə “RBK” “Flightradar24” xidmətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, "RCH4555" bort nömrəli təyyarə avqustun 25-də səhər saatlarında Latviyanın paytaxtı Riqadan havaya qalxaraq Moskvaya istiqamət alıb. Təyyarə təxminən saat 10:04-də Vnukovo hava limanına enib.

Təyyarənin Moskvaya uçuşundan əvvəlki marşrutu isə xüsusi diqqət çəkib. “Flightradar24” məlumatlarına əsasən, təyyarə avqustun 23-də Riqaya gəlib. Onun bundan əvvəlki uçuşunun başlanğıc nöqtəsi ABŞ-ın Merilend ştatında yerləşən Kemp-Sprinqs şəhəri göstərilib.

Kemp-Sprinqsdə ABŞ-ın Endryus aviabazası yerləşir. Bu baza ABŞ prezidentinin hava nəqliyyatı ilə, o cümlədən “Air Force One” ilə əlaqələndirilən əsas hərbi aviasiya obyektlərindən biridir.

Hazırda təyyarənin Moskvaya uçuşunun məqsədi barədə açıq mənbələrdə rəsmi məlumat yoxdur. “Flightradar24”də təyyarənin sonrakı hərəkəti də izlənmir.

Boeing C-17 Globemaster III ABŞ Hərbi Hava Qüvvələrinin ağır hərbi-nəqliyyat təyyarəsidir və əsasən şəxsi heyətin, hərbi texnikanın və müxtəlif yüklərin uzaq məsafələrə daşınması üçün istifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam