Xaçmazda avtomobil ağaca çırpılıb -Ölən və xəsarət alanlar var

Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
Yenixeberorg.com-un məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"BMW-X6" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.
Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.









AZ
RU