Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində Azərbaycana səfər edəcək.

Yenixeberorg.com: Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə sentyabrın 6-da baş tutacaq səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin təbliğidir.

Səfər ərzində nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkını və Zəfər muzeyini, Türk Şəhidliyi abidəsini, Heydər məscidini, Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edəcək. Din xadimləri, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda olacaqlar. Növbəti günlərdə qonaqların Şuşa, Xankəndi və Ağdamda olan tarixi-dini abidələr, qədim ibadətgahlar, mədəni irs nümunələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı nəzərdə tutulur.

50-ə yaxın azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər proqramı sentyabrın 10-da yekunlaşacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam