Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Bu noyabr həlledici olacaq"

"Bu noyabr həlledici olacaq" - Vens seçkilərdən DANIŞDI

ABŞ-ın vitse-prezidenti Cey Di Vens noyabrda keçiriləcək aralıq seçkilərin ölkə üçün həlledici əhəmiyyət daşıdığını bildirib.

Yenixeberorg.biz: Vens seçkilərlə bağlı açıqlamasında ABŞ-da siyasi mübarizənin ölkənin gələcəyi ilə bağlı fərqli baxışlar arasında getdiyini deyib.

“Bu aralıq seçkilər ölkənin gələcəyinin olmasını istəyənlərlə onu dağıdıb, sonra sıfırdan yenidən qurmağa üstünlük verənlər arasında qarşıdurmadır”, – vitse-prezident bildirib.

Vens noyabr seçkilərinin nəticələrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu noyabr həlledici olacaq. Ya siz bu çılğınlığa qarşı çıxacaqsınız, ya da onun tərəfində dayanacaqsınız. Biz isə buna qarşı dayanacaq və mübarizə aparacağıq”.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Seçkilər ərəfəsində Vens Respublikaçı namizədlərin kampaniya tədbirlərində fəal iştirak edir və seçkiləri Donald Tramp administrasiyasının siyasi gündəliyinin davam etdirilməsi baxımından mühüm hadisə kimi təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam