Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zelenski müharibənin bitməsindən danışdı:“Düşünmürəm ki, Putin buna hazırdır”

dusunmurem-ki-putin-buna-hazirdir

“Rusiya müharibəni bitirməyə hazır deyil”.

Yenixeberorg.biz: Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

Zelenski müharibənin mümkün qədər tez başa çatmalı olduğunu vurğulayıb: “Düşünürəm ki, hamımız mümkün qədər tez hərəkətə keçməliyik”.

Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün liderlərin bir araya gəlməsinin vacibliyini bildirib. O, Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşünün təşkili üzərində işləyə biləcəyini deyib.

Ukrayna Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirərək, belə bir görüşdə müharibə ilə bağlı ən vacib məsələlərin müzakirə edilə biləcəyini söyləyib.

“Mən üçtərəfli görüşə hazıram, amma düşünmürəm ki, Putin buna hazırdır. O, müharibəni bitirməyə hazır deyil”, – Zelenski deyib.

Zelenski Tramp ilə görüşdə enerji sektoruna qarşı hücumların dayandırılması məsələsini də müzakirə etdiklərini bildirib.

“Rusiya enerji sektorumuzu hədəf almadığı müddətcə enerji atəşkəsinə hazırıq”, – deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam