Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq

Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olan klub 1 milyon 400 manat əlavə mükafat qazanacaq.

Yenixeberorg.biz: Bu barədə Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.

ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300 min manat alacaqlar.

Çempionatı ikinci yerdə başa vuran komandaya 700 min manat həcmində əlavə maliyyə dəstəyi veriləcək.

ABF 2026/2027 mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) idarəetmə və inkişaf yanaşmasını dəyişib. Ölkə basketbolunun keyfiyyətini artırmaq, klublar arasında rəqabəti gücləndirmək və azarkeş axınını stimullaşdırmaq məqsədilə yeni maliyyələşdirmə modeli tətbiq olunur.

Ümumi büdcə əvvəlki illərlə oxşar səviyyədə saxlanılsa da, vəsaitlərin bölüşdürülməsi artıq zəmanətli ödənişlərə deyil, klubların performansına və müəyyən edilmiş şərtləri yerinə yetirməsinə əsaslanır.

​Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub, hər matç üçün 3 min manat qazanacaq. Mövsüm ərzində keçirilən 21 oyunda bu şərti ödəyən klub büdcəsinə əlavə 63 min manat əlavə edə bilər.

Qazanılan hər qələbə 10 min manat dəyərində qiymətləndirilir. Mövsüm ərzində maksimal qələbə göstəricisi ilə klublar 210 min manata qədər mükafat əldə edə bilərlər.

Mövsümün sonunda pley-offun yarımfinal mərhələsinə vəsiqə qazanan 4 klubun hər birinə əlavə 150 min manat ayrılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam