Paytaxtın bir hissəsində işıq olmayacaq
![]()
Sabah Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Yenixeberorg.az: Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.
Yasamalda Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami rayonunda rele-mühafizə və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsi, Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.
Binəqədidə TM-də yerinə yetiriləcək təmir-təftiş işləri zamanı 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra yerlərində 09:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.








AZ
RU