Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“İraqda İŞİD-in ömrünə sayılı günlər qalıb” –BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi

publika.az1450075127BMT-logo-1

İraqın İŞİD-dən azad olunması üzrə əməliyyatlar yaxın günlərdə qurtaracaq

Xeberinfo.com:  İŞİD terror qruplaşmasının İraqdan qovulması hərbi kampaniyası demək olar ki, başa çatıb, lakin ölkənin bərpası və humanitar böhran illərlə uzana bilər.

 “RİA Novosti”yə istinadən xəbərə görə, bunu BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş deyib.

O, BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İraqın azad olunması üzrə əməliyyatlar yaxın günlərdə qurtaracaq. İŞİD-in bu ölkədə sayılı günləri qalıb.

Yan Kubiş azad və vahid İraqın İŞİD terror qruplaşmasından azad edilməsində ölkənin təhlükəsizlik qüvvələrinin, xalq qoşununun, könüllülərin cəsurluğunu, özünü qurban vermiş insanların şücaətini xüsusi olaraq qeyd edib.

Kubiş İraqın baş nazirinin Mosulda əməliyyatın başlanmasından üç ay sonra – yanvarın 24-də, şərqi Mosulda döyüş əməliyyatlarının dayandırılmasını elan etməsinə haqq qazandırıb. O, eyni zamanda ölkənin bərpası üçün milyonlarla dollar vəsaitin lazım olduğunu qeyd edib.

Şərqi Mosul İraq hərbçilərinin və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın 2016-cı ilin oktyabrında başladığı hərbi əməliyyat nəticəsində İŞİD-dən tamamilə azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam