Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Ermənistan Azərbaycanın quberniyası olsun" -Səməd Seyidovdan şok təklif

semed-seyidov-1

Xeberinfo.com:   Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Federasiyası Dövlət Dumasında Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıqlamalarına münasibət bildirib.

S. Seyidov bildirib ki, V. Jirinovskinin Azərbaycanın Bakı quberniyası formasında Rusiyanın tərkibində olması barədə bəyanatı yolverilməzdir: "Heç olmasa bu bəyanatı Xocalı soyqırımının 25 illiyi ərəfəsində verməzdi, utanardı. Mən bu bəyanata sakit yanaşa bilmərəm "Azərbaycanın müstəqilliyi dönməzdir” deyən ümummilli lider Heydər Əliyev ən alt qatlara belə toxunub. Bunlar bizim qan yaddaşımızdır. Çingiz Qurbanov, Mübariz İbrahimovumuzdur.

O ki qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində, İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaranıb".

S. Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb: "Mənim əziz dostlarım! Dahi rus şairi Puşkinin bir fikrini yada salmaq istəyirəm: "İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!”.

Onun çıxışı deputatların alqışı ilə qarşılanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam