Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Heç biriniz bizə mane ola bilməzsiniz" -Türkiyə XİN başçısı

cavusoglu

“Üzr istəyirəm, heç biriniz bizə mane ola bilməzsiniz, istədiymiz yerə gedərik”.

Yenixeber.org:   Haber7-yə istinadən xəbərə görə, bunu Türkiyənin xairic işlər naziri Mövlud Çavuşoğlu konstitusiya referendumu ilə bağlı mitinqin keçirilməsinə Hollandiya hökumətinin icazə verməməsinə münasibət bildirərkən deyib.

“Budur Hollandiya rəsmiləri deyib: “Bizim cəmiyyətdə siz kampaniya apar bilməzsiniz”. Bu nə deməkdir? Hanı demokratiyanız, hanı azadlıq, hanı ifadə azadlığı? Bizə dərs verirsiniz. Hanı sərbəst toplaşmaq azadlığı? Bağışlayın, heç biriniz bizə mane ola bilməzsiniz. İstədiyimiz yerə gedər, vətəndaşlarımızla görüşər, toplatılarımızı keçirərik”, – deyə, nazir vurğulayıb.

Aprelin 16-da Türkiyədə Konstitusiyaya düzəliş və dəyişikliyə dair referendum keçiriləcək. Almaniya, Avstriya və Hollandiya hökuməti Türkiyə rəsmilərinin referndumqabağa təbliğat kampaniyası aparmaq üçün ölkələrinə səfər etmələrinə icazə vermədiklərini bildiriblər.

Rəsmi Ankara isə bildirir ki, Avropa ölkələri terrorçu PKK tərəfdarlarının Türkiyəyə əleyhinə müxtəlif aksiyalar keçirməsinə icazə verir, ancaq heç bir dövlətin suverenliyinə, daxili işlərinə müdaxilə edilməyəcək belə aksiyaların keçirilməsinə şəraitin yaradılmaması demokratik prinsiplərin pozulmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam