Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır" -Ermənistanın sabiq prezidenti

Yenixeber.org:   1991-1998-ci illərdə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. 

"Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq", - deyə Levon Ter-Petrosyan qeyd edib. Sabiq prezident vurğulayıb ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır.

Sabiq prezident Madrid prinsiplərinə dəstək verdiyini gizlətməyib. "Əgər Serj Sarkisyan (Ermənistan prezidenti – red) bu yolla getsə, onda mən sona kimi onun yanında olacam", - deyə o bildirib.

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqressi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq. (Report)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam