Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Manat dollara nisbətən maksimumu yenilədi -5 aylıq

Bir müddət dollara nisbətən ucuzlaşan manat Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bu gün keçirilən hərracda gözlənilmədən möhkəmlənərək 5 aylıq maksimumu yeniləyib.

Yenixeber.org:   APA-nın apardığı təhlil göstərir ki, AMB tərəfindən sabah üçün 1,7140 səviyyəsində müəyyən olunan USD/AZN rəsmi məzənnəsi ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə olduqca yaxındır. Həmin dövrdən etibarən manatın məzənnəsində volatillik müşahidə olunub.

Lakin bu müddət ərzində USD/AZN rəsmi məzənnəsi aprelin 5-nə müəyyən olunan səviyyəyədək enməyib.

Ötən il noyabr ayının 23-dən cari il fevralın 4-dək olan müddət ərzində dolların manata nisbətən ən yüksək məzənnəsi 1-2 fevral tarixlərində qeydə alınıb. O zaman dollar 1,9200 manatadək bahalaşa bilib. Beləliklə, fevral ayının 2-si ilə müqayisədə manat 10,7% bahalaşıb.

Ümumiyyətlə, ilin əvvəlindən manat dollara nisbətən 3,2% möhkəmlənib.

Bu günlə müqayisədə isə aprelin 5-ə olan USD/AZN rəsmi məzənnəsi 0,6% möhkəmlənib. Xatırladaq ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib.

Onu da qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam