Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ziya Məmmədovun adamı uduzdu -MƏHKƏMƏ

Ziya Məmmədovun adamı uduzdu -

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Yenixeber.org:  Modern.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev R. Əhmədova 10 illik həbs cəzası istəyib.

Sonra vəkil Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib və hüquqlarını müdafiə etdiyi Rövşən Məmmədova bəraət hökmünün çıxarılmasını istəyib. O qeyd edib ki, təqsirləndirilən şəxsin günahsız olduğu məhkəmə araşdırmasından da açıq şəkildə görünür.

 

Təqsirləndirilən R. Əhmədov son söz deyib. O, çıxışında günahsız olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları mənimsəmədiyini deyib.

 

Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

 

Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib.O, məhkəmə zalından azadlığa buraxılıb. 

 A.Məmmədov məhkəmədən sonra deyib ki, hüquqlarını müdafiə etdiyim Əhmədov Rövşən Şirəli oğlunun sabiq nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Bəxşiyevin 800 min manat dəyərində olan qızıl-zinət əmlaklarının mənimsəməsinə dair ədalətli qərar qəbul olundu.

 

“Çox şükürlər olsun 1 il çəkdiyim əziyyətim hədər getmədi” deyən vəkil, hakim Əfqan Hacıyevə təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam