Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Qəbələ”dən tarixi qələbə -Azərbaycan Premyer Liqasında gümüş medal qazandı

qebele

 

“Qəbələ” futbol komandası tarixi nailiyyətə imza atıb.

Yenixeber.org:  Məlumata görə, “qırmızı-qaralar” ilk dəfə Azərbaycan Premyer Liqasını gümüş medalla başa vurublar.

Bunadək komandanın ən yüksək göstəricisi ardıcıl 3 mövsüm əldə etdiyi bürünc medal olub. Bu dəfə əyalət təmsilçisi sona bir tur qalmış “İnter”i 4:3 hesabı ilə yenərək, vaxtından əvvəl 2-ci yeri təmin edib. Hazırda 52 xalı olan “Qəbələ” 3-cü pillədəki “İnter”i 9 xal üstələyir.

Gümüş medala rəğmən, “qırmızı-qaralar” 2017-2018 mövsümündə də Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Roman Qriqorçukun baş məşqçi olduğu komanda “İnter”lə birgə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Daha bir vəsiqənin sahibi isə sonuncu turda müəyyənləşəcək. Son vəsiqəyə ya “Zirə”, ya da “Kəpəz” sahib çıxacaq.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında ardıcıl 4-cü mövsüm qızıl medala sahib çıxan “Qarabağ” təmsil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam