Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Heç qorxağa oxşamırsan..." -Spikerdən deputatın etirazına cavab

"Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq”.

Yenixeber.org:  Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: "Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır”.

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: "Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”.

Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir:

"Layihədə "kobud pozuntu” ifadəsinə rast gəlinir. Bu, nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam